22 Sentyabr 2014 17:42
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO ölkələrinin Ukrayna ərazisində təlimlər keçirməsi yalnız vəziyyətin gərginləşməsinə xidmət edir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja deyib.

Onun sözlərinə görə, vətəndaş müharibəsi vəziyyətində olan ölkədə hərbi təlimlər keçirmək həmin dövləti və ya münaqişə tərəflərindən birini aktiv fəaliyyətə sövq etməkdən başqa bir şey deyil.

Qeyd edək ki, 1 həftə əvvəl Lvovda start götürmüş "Rapid Trident - 2014" adlı beynəlxalq təlimlərdə 15 ölkədən hərbçilər iştirak edirlər.


Müəllif:

Oxşar xəbərlər