Qarşı tərəf "Biz hücumları dayandırırıq" desə, yəni Xəlifə Haftar Tripoliyə hücumu dayandırsa, biz Liviyaya öz qoşunlarımızı göndərməkdən imtina edə bilərik.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay deyib.
"Bizim qoşunlarımızın Liviyaya girməsi oradakı vəziyyətdən asılıdır. Silahlı Qüvvələrimiz və Müdafiə Nazirliyimiz hazırdır. Əgər qarşı tərəf hücumlardan imtina etsə, o zaman biz də getmərik", - F.Oqtay bildirib.