ABŞ-ın İraqdakı Səfirliyi diplomatik korpusun divarları yaxınlığında keçirilən etiraz aksiyaları səbəbindən dekabrın 31-dən konsulluq işini dayandırması və tədbirlərin ləğv edilməsi barədə bildirib.
Teleqraf.com xəbər verir ki, ABŞ səfirliyi kompleksə hücumlara görə bütün ictimai konsul əməliyyatlarını sonrakı bildirişə qədər dayandırıb. "Bütün təyin edilmiş görüşlər ləğv olunur", - deyə səfirliyin çərşənbə günü yayılmış bəyanatında qeyd edilir.
ABŞ diplomatik missiyası Birləşmiş Ştatların vətəndaşlarına səfirlik ərazisinə yaxınlaşmamağı, regionda baş verən hadisələr barədə yerli və beynəlxalq KİV-də dərc edilən məlumatları izləməyi məsləhət görüb. Qeyd edilir ki, ABŞ vətəndaşları vizalar və başqa məsələlərlə bağlı Birləşmiş Ştatların Ərbildəkı Baş Konsulluğuna müraciət edə bilərlər.