2 Yanvar 2020 12:53
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tayvanda bir hərbi helikopterin qəzaya uğraması nəticəsində ölkənin Silahlı Qüvvələrinin baş qərargah rəisi həyatını itirib.

Teleqraf.com xəbər verir ki, qəza səhər saatlarında ölkənin Taypay bölgəsindəki dağlıq ərazidə baş verib.

Qəzaya uğrayan helikopterdə Tayvanın baş qərargah rəisi Şen Yi-Minq də olub. Qəzada qərargah rəisi də daxil olmaqla 5 nəfər həlak olub, 6 nəfər yaralanıb.

BMT-yə üzv 193 ölkədən yalnız 14-ü Tayvanın müstəqilliyini tanıyır. Tayvanı tanıyan ölkələr arasında Paraqvay, Nikaraqua, Honduras, Haiti, Tuvalu və Beliz kimi dövlətlər var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər