Ötən il sentyabrın 29-da Avstriyada keçirilən erkən parlament seçkilərindən sonra Xalq Partiyası və Yaşıllar Partiyası arasında koalisiya müzakirələri başa çatıb.
Teleqraf.com xəbər verir ki, Yaşıllar ölkə tarixində ilk dəfə hökumətdə yer alacaq.
Avstriyada hökumət Baş nazir Sebastyan Kurzun keçmiş koalisiya müttəfiqi, Azadlıq Partiyasının lideri Haynz Kristian Ştraçın adının korrupsiyada hallandırılmasından sonra dağılmışdı. Bundan sonra ölkədə erkən parlament seçkiləri elan olunmuşdu.