ABŞ-ın keçmiş Dövlət katibi, prezidentliyə namizəd Hillari Klinton Böyük Britaniyanın Belfast şəhərindəki Kvins Universitetinin fəxri rektoru təyin olunub.
Teleqraf.com xəbər verir ki, Klinton 175 yaşındakı universitetə növbəti beş il ərzində rəhbərlik edəcək.
Vəzifəsinin icrasına yanvarın 1-dən başlayan H. Klinton universitetin ilk qadın rektoru olacaq.
O, universitetə rektor təyin edildiyi üçün məmnun olduğunu deyib.
Qeyd edək ki, H. Klinton 2018-ci ildə universitetin fəxri doktoru seçilib.