2 Yanvar 2020 22:43
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyaya əsgər göndərilməsi barədə Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul edilən qətnaməyə ilk reaksiya Misirdən gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı “Yeni Akit” qəzeti yayıb.

Məlumata görə, Misir Xarici İşlər Nazirliyi sözügedən qətnaməni qınayaraq, bu qərarın Berlin prosesinə mənfi təsir edəcəyi barədə açıqlamaya yayıb.

Həmçinin Türkiyənin BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsini pozduğunu bildirən rəsmi Qahirə bu qərarın Aralıq dənizində sabitliyi təsir edəcəyini qeyd edib.

Qeyd edək ki, bu gün Türkiyə Böyük Millət Məclisi (TBMM) Liviyaya əsgər göndərilməsi barədə qətnaməni qəbul edib.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər