İslam İnqilabı Keşikçiləri Korpusunun “Quds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-la müharibə olmayacaq, ancaq onlara dərs veriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA-Novosti”yə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin rəsmi nümayəndəsi Hüseyn Nakavi Hüseyni bildirib.
Hüseyninin fikrincə, həyatını terrorizmə qurban vermiş general Süleymani bütün müsəlmanlar tərəfindən sevilirdi.
“ABŞ-dan qisas almaq üçün müharibə lazım deyil”, – deyə müharibə ehtimalı ilə bağlı suala cavab verərkən Hwseyni deyib. Bununla belə onun sözlərinə görə, ABŞ bölgədə təcavüzkardır və təcavüzkara yaxşı dərs veriləcək”.