Hizbullah döyüşçüləri Suriyada müxaliflərə qarşı ilk dəfə insansız döyüş təyyarələrindən istifadə ediblər.
Teleqraf.com-un haberturk.com-a istinadən verdiyi xəbərə görə, Suriyanın Arsal şəhəri yaxınlığında Əl-Qaidə terror qruplaşması ilə əlaqəli Əl Nusra militanlarına qarşı təşkil edilən hücumda 23 xadim öldürülüb, onlarla adam yaralanıb.
Məlumatlarda Hizbullah təşkilatının Suriyada və İsrail torpaqlarında zaman-zaman müşahidə məqsədi ilə belə uçuşlar həyata keçirdiyi bildirilir. Hərbi mənbələr isə bu uçuşlarda Suriya hökumətinin dəstəyindən şübhələndiklərini açıqlayıblar.
Xatırladaq ki, Hizbullahın "Mirsad 1" adlı insansız hava vasitəsi ötən il avqust ayında sərgiyə çıxıb.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.
http://video.haberturk.com/haber/video/hizbullah-el-nusrayi-insansiz-ucakla-vurdu/125576