3 Yanvar 2020 21:24
1 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Mayk Pompeo Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovlairanlı general Qasım Süleymaninin qətli ilə bağlı müzakirə aparıb.

Teleqraf.com xəbər verir ki, telefon danışığı zamanı PompeoBirləşmiş Ştatların əvvəlki kimi deeskalasiyaya sadiq olduğunu vurğulayıb.

"Dövlət katibi Pompeo prezidentin xaricdəki amerikalı personalın müdafiəsi üçün qətiyyətli müdafiə hərəkətləri təşəbbüsü ilə amerikalıların həyatının qaçılmaz təhdidinə cavab olaraq Qasım Süleymaninin öldürülməsi ilə bağlı bu yaxınlardakı qərarını müzakirə edib", - deyə Dövlət Departamentinin yaydığı məlumatda bildirilir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər