“Bu ABŞ tərəfindən həyata keçirilən təcavüzdür. Silahlı Qüvvələrimizin dəyərli generalına qarşı atılan addıma biganə yanaşmarıq. Çox sərt intiqam alınacaq. Qəti şəkildə cavab veriləcək”.
Publika.az xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taht-Ravançi İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi qüvvələrinin komandanı Qasım Süleymaniyə qarşı təşkil edilən əməliyyat barədə ABŞ-ın NBC televiziyasına açıqlamasında belə deyib. O bildirib ki, Vaşinqtonun addımı beynəlxalq hüquq normalarına ziddir. Diplomat qeyd edib:
“ABŞ İrana qarşı sadəcə iqtisadi deyil, İran ordusunun sevilən generalına qarşı sui-qəsd təşkil edərək, onsuzda müharibəni başlattı. Bunun nəticələri olacaq”.