ABŞ Prezidenti Donald Trumpın göstərişi ilə öldürülən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds briqadasının komandanı, general Qasım Süleymani üçün Bağdad və Tehranda iki ayrı dəfn mərasimi təşkil ediləcək.
Teleqraf.com xəbər verir ki, mərasimlərdən sonra Süleymani məmləkəti Kirman şəhərində dəfn ediləcək.
Süleymaninin ailəsi İran komandiri üçün ilk mərasimin bu gün İraqın paytaxtı Bağdadda təşkil ediləcəyini deyib.
Bağdaddakı mərasimdən sonra cənazə Tehrana gətiriləcək. Bazar günü Tehran Universitetində İranın ali dini lideri Əli Xameneyinin iştirakı ilə vida mərasimi keçiriləcək. Daha sonra Süleymani Kirmanda dəfn ediləcək.