4 Yanvar 2020 21:13
1 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Xarici İşlər Nazirliyi ABŞ ilə İran arasında yaranmış gərgin vəziyyətdən narahatlıq ifadə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Naziri David Zalkaliani məsələ ilə əlaqədar özünün Tvitter səhifəsində yazıb.

O qeyd edib ki, Gürcüstan ABŞ-ın Bağdaddakı səfirliyinə yönəlmiş təxribatçı hücumu qınayır: “ABŞ-ın öz vətəndaşlarının təhlükəsizliyini qoruması onun legitim haqqıdır”.

David Zalkaliani problemlərin diplomatik yolla həllinin vacibliyini vurğulayıb: "Vəziyyəti sabitləşdirmək və qarşıdurmanı azaltmaq üçün diplomatiyanın vaxtıdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər