Birinci Dünya müharibəsi zamanı Türkiyədə baş tutmuş Sarıqamış hərəkatının 105-ci ildönümü ilə əlaqədar şəhidlərin xatirəsinə yürüş keçirilib, qardan heykəllər hazırlanıb.
Teleqraf.com xəbər verir ki, Türkiyənin Qars vilayətinin Sarıqamış bölgəsində reallaşan yürüşdə 10 min nəfərdən çox insan iştirak edib. Yürüş zamanı əllərində türk bayraqları və məşəl olan iştirakçılar “Vətən sənə canım fəda”, “Hər şey vətən üçün” şüarları səsləndirilib.
Tədbirə Türkiyənin Gənclik və İdman, Kənd Təsərrüfatı və Meşəçilik nazirləri, Qars valisi, deputatlar və digər dövlət qurumlarının nümayəndələri də qatılıblar.