5 Yanvar 2020 08:18
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın Atlantik vilayətlərinə güclü qar fırtınası yaxınlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə Kanada Milli Hava Bürosu xəbərdarlıq yayıb.

Məlumata görə, yanvarın 5-nə keçən gecə Yeni Şotlandiya və Nyufaundlend və Labrador vilayətlərində güclü qar yağmağa başlayacaq. Həmin vaxt ərzində 20 santimetrdən 40 santimetrədək qar yağmağı ehtimalı var ki, bu da aylıq yağıntı normasının təxminən dörddə birini təşkil edir.

Bundan əlavə, küləyin sürəti 80 km/s (22 m/s) qədər çatacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər