Xorvatiyada prezident seçkilərinin ikinci turu keçiriləcək.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı postuna namizədlər Xorvatiyanın müxalif Sosial-Demokrat Partiyasının namizədi Zoran Milanoviç və hazırkı prezident Kolinda Qrabar-Kitaroviçdir.
Onlar müfaviq olaraq 29,55% və 26,65% səs toplayıb.
Xorvatiya Dövlət Seçki Komissiyasından (MSK) verilən məlumata görə, respublikada və xaricdə 6,5 mindən çox seçki məntəqəsi yerli vaxtla 07:00-da açılacaq və saat 19: 00-da öz işini bitirəcək.