Böyük Britaniyanın Baş Naziri Boris Conson, Londonda Avropa Komissiyasının yeni sədri Ursula fon der Leyen ilə görüşəcək.
Teleqraf.com xəbər verir ki, görüşün keçirilməsində məqsəd Britaniyanın rəsmi olaraq bloku tərk etməsindən sonra başlayacaq ticarət danışıqlarının müzakirəsidir.
Danışıqların Londondan sonra Brüsseldə də davam edəcəyi nəzərdə tutulur.
Qeyd edək ki, bu Ursula fon der Leyen və Boris Conson arasında baş tutacaq ilk görüş olacaq.