5 Yanvar 2020 15:41
2 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı ilk dəfə Türkiyənin Liviyanın Milli Razılıq Hökuməti ilə hərbi sahədə əməkdaşlıq haqqında memorandumuna münasibətini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Ər-Riyad Türkiyənin bu həmləsinin Liviyanın təhlükəsizlik və sabitliyi üçün təhdid olduğunu iddia edib.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi qərarın beynəlxalq prinsip və razılaşmaları açıq şəkildə pozduğunu bəyan edib: "Bu anlaşma bir ərəb ölkəsinin daxili işlərinə qarışmaq mənasını ifadə edir və bu vəziyyət ərəb və regional təhlükəsizliyə təhdiddir".

Xatırladaq ki, Liviya ilə Türkiyə arasında 27 noyabr 2019-cu ildə İstanbulda "Şərqi Aralıq dənizinin nəzarət sahələrinin razılaşdırılması", eləcə də "Təhlükəsizlik və hərbi əməkdaşlıq" memorandumu imzalanıb.

Dekabrın 21-də isə Türkiyənin Böyük Millət Məclisi Liviyanın Milli Razılıq Hökuməti ilə hərbi sahədə əməkdaşlıq haqqında memorandumu təsdiqləyib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər