5 Yanvar 2020 17:14
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Çinin materik hissəsində rekord uzunluqda - 968 kilometr metro xətti çəkilib.

Teleqraf.com xəbər verir ki, hazırda Honkonq və Makao xüsusi inzibati bölgələri, Tayvan adası istisna olmaqla, Çinin materik hissəsinin 40 şəhərindəki yeraltı dəmir yolu nəqliyyatı şəbəkəsinin ümumi uzunluğu 6730 kilometrə çatıb. Həmin şəhərlərdə metro əsas ictimai nəqliyyat növüdür.

Çin Metrolar Assosiasiyasının hesabatına əsasən, Şanxay, Pekin, Quancou, Çendu və Nankin metro xətlərinin uzunluğuna görə ilk beşlikdədir. Çinin ali iqtisadi planlaşdırma qurumu olan Milli İnkişaf və İslahat Komissiyasının təsdiqlədiyi plana uyğun olaraq, cari il Cıncou, Sian və Çendu şəhərlərində ümumi investisiya dəyəri 342,58 milyard yuan (təxminən 48,9 milyard ABŞ dolları) olan yeni metro layihələri icra ediləcək.

Qeyd edək ki, hazırda şəhər metro xətlərinin uzunluğuna görə dünyada ilk 3 yer Çinə məxsusdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər