ABŞ-ın İrandakı mənafeyini qoruyan İsveçrə səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com xəbər verir ki, bunu İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Abbas İraqçı deyib.
A.İraqçının sözlərinə görə, İsveçrə səfirinə ABŞ prezidentinin təhdid xarakterli və beynəlxalq qanunları pozan açıqlamalarına qarşı İranın sərt notası elan olunub.
ABŞ prezidentinin İranın mədəniyyət mərkəzlərinə hücumuna dair hədəsinə münasibət bildirən nazir müavini deyib ki, belə hücumlar beynəlxalq qanun-qaydalara əsasən “hərbi cinayət” hesab olunur:
Qeyd edək ki, son iki gün ərzində İsveçrə səfiri artıq üçüncü dəfədir İran Xarici İşlər Nazirliyinə çağırılır.