5 Yanvar 2020 19:45
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əl-Şəbab" radikal qruplaşmasının silahlıları Keniyanın Lamu dairəsində yerləşən ABŞ-ın hərbi-dəniz bazasına hücum ediblər.

Teleqraf.com-un məlumatına görə, Keniya Silahlı Qüvvələrinin təyyarələri hücuma cavab olaraq silahlılara bir neçə zərbə endiriblər.

Bildirilir ki, silahlılar Hindi yaşayış məntəqəsindən gəliblər və hücumdan əvvəl elektrik enerjisinin veriməsini kəsiblər. Yaşayış məntəqəsində elektrik enerjisinin verilməsi hələki bərpa edilməyib.

Hücum nəticəsində ölənlər və yaralananlar barədə məlumat verilmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər