5 Yanvar 2020 19:58
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq parlamenti ölkə ərazisində xarici hərbi qüvvələrin fəaliyyətinin dayandırılmasına səs verib.

Teleqraf.com xəbər verir ki, ölkənin parlamenti eyni zamanda İŞİD-lə mübarizə üzrə koalisiya ilə imzalanmış sazişin qüvvədə olma müddətinin dayandırılmasına səs verib. Parlament xarici qoşunların ölkə ərazisindən çıxarılmasını bəyənib.

Deputatlar parlamentin fövqəladə iclasında qəbul edilmiş qətnamədə hökumət qarşısında respublikada xarici qüvvələrin hərbi mövcudluğuna son qoymağa və beynəlxalq terrorçuluğa qarşı koalisiya qüvvələri ilə təhlükəsizlik sahəsində bağlanmış razılaşma çərçivəsində işi dayandırmaq barədə öhdəliyi qaldırıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər