Xorvatiya Dövlət Seçki Komissiyasının nəticələrinə görə, keçmiş Baş nazir Zoran Milanoviç 5 yanvarda keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib.
Teleqraf.com-un məlumatına görə, seçicilərin 52,7%-i Zoram Milanoviçə səs verib.
Məlumatda prezident seçkiləri zamanı 3,8 milyondan çox seçicidən təxminən 55 faizinin səs vermədə iştirak etdiyi bildirilir.
Xorvatiyada Prezident beş ildə bir dəfə seçilir.
Zoran Milanoviç 2011-ci ilin dekabrından 2016-cı ilin yanvarına qədər Xorvatiyanın Baş naziri vəzifəsini icra edib, 53 yaşı var.