6 Yanvar 2020 08:37
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp İraqı sanksiyalarla hədələyib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ lideri İraq parlamentinin ölkədən xarici qoşunların çıxarılması haqqında qərarını şərh edərkən bildirib.

"Əgər hansısa bir düşmənçilik olsa, bizə qəbuledilməz görünəcək nəyisə etsələr, İraqa qarşı sanksiyalar tətbiq edəcəyik, çox əhəmiyyətli sanksiyalar", - Tramp deyib.

Ağ Ev rəhbəri həmçinin əlavə edib ki, rəsmi Bağdad Amerika aviabazası üçün Vaşinqtona ödəmələr etçəyincə, ABŞ qoşunları İraqdan çıxmayacaq. "Bizim orada çox bahalı aviabazamız var. Onun tikintisi milyardlarla dollara başa gəlib. Onlar bunun üçün bizə ödəməyincə, getməyəcəyik", - Ağ Ev rəhbəri qeyd edib.

"Əgər onlar bizə getməyi xahiş edəcəklərsə, əgər biz dost kimi bunu etməyəcəyiksə, onlara qarşı elə sanksiyalar tətbiq edəcəyik ki, əvvəllər heç vaxt beləsini görməyiblər. Bunun fonunda İrana sanksiyalar darıxdırıcı görünəcək", - ABŞ lideri əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər