6 Yanvar 2020 09:13
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyaya məxsus ticarət gəmiləri Hörmüz Boğazından keçərkən Kral Dəniz Qüvvələri tərəfindən silahla müşayiət olunacaq.

Teleqraf.com xəbər verir ki, Müdafiə naziri Ben Uollas qərarın Britaniya hökuməti tərəfindən imzalandığını açıqlayıb. Uollas hökumətin gəmilərini və vətəndaşlarını qorumaq üçün lazımi addımlar atdığını bildirib. Baş verən son hadisələrdən sonra Britaniyanın İraqdakı hərbi bazalarında təhlükəsizlik tədbirləri gücləndirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər