Liviya ordusunun ehtiyat qüvvələrinin komandanı Nasir Ammar bildirib ki, Türkiyə əsgərləri artıq ölkəyə gəliblər.
“Report”un məlumatına görə, bu barədə “The Libya Observer” bildirib.
Qeyd edilir ki, Ankara Liviyanın Milli Razılıq Hökumətinin köməyinə "elit əsgərlər”ini göndərib. Bu hərbçilər hava hücumuna qarşı müdafiə və radarların səsinin batırılması üzrə ixtisaslaşıblar.
Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkə artıq yüksək rütbəli hərbçilərini Liviya Milli Razılıq Hökumətinin qüvvələrinin hərəkətlərini əlaqələndirmək üçün göndərib.