6 Yanvar 2020 10:48
1 630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadadan qayıdan 60 İran əsilli ABŞ vətəndaşı sərhəddə saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərə KİV məlumat yayıb.

İranlıların hansı səbəbdən saxlanıldığı məlum olmasa da, media qurumları bunun general Qasım Süleymaninin qətlindən sonra ABŞ və İran arasında baş verən gərginliklə əlaqədar olduğunu bildirilib.

Amerika-İslam Münasibətləri Şurasının direktoru Məsih Fuladi yayılan məlumatı təsdiq edib.

ABŞ-da fəaliyyət göstərən İran-Amerika Şurası (NIAC) isə yaydığı açıqlamada Kanada-Amerika sərhədində 150 nəfərin saxlanıldığını bildirib.

İngilis KİV Süleymaninin İraqda qətlə yetirilməsindən sonra ABŞ hökumətinin ölkədə ehtimal olunan terror aktlarının qarşısının alınması üçün təhlükəsizlik tədbirlərini gücləndirdiyini yazır.


Müəllif: Mənsur Rəğbətoğlu