6 Yanvar 2020 18:40
4 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ İraqdakı hərbi qüvvələrini bu ölkədə hərbi bazaların qurulmasına xərclədiyimiz maddi vəsaitlər geri qaytarılacağı halda çıxaracaq”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Prezident Tramp İraq parlamentinin ABŞ hərbi qüvvələrini bu ölkədən çıxarılmasını tələb edən qərarına cavab verib.

Amerika başçısı sözügedən qərara görə İraqı sanksiyalarla hədələyib:

“Ölkədən çıxmağımızı istəsələr və bunu bir dost kimi istəməsələr, indiyədək görmədikləri sanksiyaları tətbiq edəcəyik. İrana tətbiq etdiyimiz sanksiyalar bunların yanında kiçik bir şey olacaq”.

Donald Tramp İraqdan çıxa biləcəklərini istisna etməyib, amma bunun üçün şərtlərinin olduğunu diqqətə çatdırıb:

“Orada nəhəng və bahalı bir baza qurduq. Bu bizə milyardlarla dollara başa gəldi. Məndən çox əvvəl qurulub. Bu baza üçün xərclənən pullar geri qaytarılmayana qədər İraqdan çıxmayacağıq”.

ABŞ-ın İraqa müdaxiləsini “böyük xəta” adlandıran Tramp bu müdaxilənin 11 Sentyabr terror ilə əlaqədar olmadığını bildirilib.

İraq parlamenti son günlər baş verən hadisələrdən sonra ABŞ hərbi qüvvələrinin ölkə ərazilərindən çıxarılmasını tələb edib.

Mənsur Rəğbətoğlu


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər