6 Yanvar 2020 13:55
2 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlu məscidlərdən birində Prezident Rəcəb Tayyib Ərdoğanla namaz qıldıqdan sonra aralarında baş verən dialoq haqda danışıb.

Teleqraf.com xəbər verir ki, bələdiyyə sədri bu barədə jurnalistlərin ona ünvanlandığı sualları cavablandırıb.

İmamoğlu cümə namazı vaxtı üz-üzə gəldiyi Ərdoğana onunla görüşmək istədiyini deyib:

“Cümə namazında onunla qarşılaşdım, görüş təklifimi yenidən irəli sürdüm. Sentyabr ayında bələdiyyə sədrləri ilə görüşündə də bu haqda ona demişdim və qərar verilmişdi. Mənə görüşə çağırılacağımı bildirdi, buna görə ona təşəkkür etdim. Mənimlə yanaşı, CHP-dən Mənsur Yavaş və Yılmaz Büyükşərənlə də görüşəcəyini dedi. Məsciddə bunu ona xatırlatdım.

Cavabı bu oldu ki, bu həftə bizimlə əlaqə saxlayacaq, amma həmin həftə gəlib çatmadı. Vədini yerinə yetirmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər