ABŞ-da qrip kabusu dolaşır. Ölkənin 34 ştatını virusun ağuşuna aldığı bir vaxtda səlahiyyətlilər xəstəliklə əlaqədar ölü sayının 2999 nəfərə çatdığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, ABŞ Səhiyyə Nazirliyi vəziyyətin təhlükəli hal aldığını nəzərə alaraq, xəstəxanaların gərgin iş rejiminə keçdiyini bildirib.
Hazırda 55 min nəfərin soyuqdəymə diaqnozu ilə xəstəxanada müalicə aldığı qeyd edilib.
Nazirlik virusa yoluxma riski daşıyan hər kəsi peyvənd olmağa çağırıb.