İranlı general Qasım Süleymaninin öldürülməsindən sonra Nyu-Yorkda keçiriləcək BMT Təhlükəsizlik Şurasının toplantısına iştirak üçün İran xarici işlər naziri Cavad Zərifə viza verilməyib.
Teleqraf.com xəbər verir ki, məlumatı adının çəkilməsini istəməyən ABŞ rəsmisi “Röyter” agentliyinə deyib.
İranın baş diplomatı Cavad Zərifin ABŞ-a daxil olmasına icazə verilməməsi faktiki BMT anlaşmasının pozulması anlamına gəlir.
1947-ci il “Baş qərargah” anlaşmasına görə, ABŞ xarici diplomatların BMT toplantısında iştirak üçün ölkəyə daxil olmasına razılıq vermək məcburiyyətindədir.
BMT-nin sözçüsü, ABŞ Dövlət Departamenti məsələyə susqunluq göstərdiyi halda İranın BMT-dəki daimi təmsililiyi “Mətbuatda xəbərləri gördük. Ancaq xarici işlər naziri Zərifin vizası ilə bağlı nə ABŞ, nə də BMT-dən rəsmi şəkildə mesaj almışıq” şəklində reaksiya verib.