ABŞ qoşunlarının Bağdaddan çıxarılması barədə qəbul edilən qərara cavab olaraq rəsmi Vaşinqton İraqa qarşı sanksiya hazırlığına başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” Ağ Ev administrasiyasının nümayəndələrinə istinadla məlumat yayıb.
Nəşrdə qeyd olunur ki, ABŞ biznes nümayəndələrinə İraq işgüzar dairələri ilə əməkdaşlıq qadağan edilə bilər.
Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Donald Tramp ABŞ qoşunlarının İraqı tərk edəcəyi təqdirdə Bağdadı sərt sanksiyaların gözlədiyini bəyan etmişdi.