İranlı generalı Qasım Süleymaninin öldürülməsindən sonra yaşanan Vaşinqton-Tehran gərginliyi ilə əlaqədar Almaniya İraqdakı qoşunlarını qonşu ölkələrə köçürmək qərarı verib.
Teleqraf.com xəbər verir ki, Almaniyanın Müdafiə naziri Anneqret Kramp-Karrenbauer və Xarici İşlər naziri Heiko Mass birgə açıqlamasında Bağdad və Taci düşərgəsindəki alman qoşunlarının sayının azaldılacağını bildiriblər.
Qeyd edək ki, İraq parlamenti ABŞ qoşunlarının ölkədən çıxarılması barədə qərar qəbul edib. ABŞ Prezidenti Donald Tramp isə ABŞ qoşunlarının İraqı tərk edəcəyi təqdirdə Bağdadı sərt sanksiyaların gözlədiyini bəyan edib.