7 Yanvar 2020 13:08
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ərk” Azərbaycan İnsan Hüquqları Cəmiyyəti 4 milli fəal və güney azərbaycanlı vəkil Məhəmməd Güneylinin məhkəmə prosesi barədə BMT-yə hesabat təqdim edib.

Teleqraf.com xəbər verir ki, ötən ay baş tutan məhkəmə prosesi barədə olan hesabat BMT, BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi, Beynəlxalq Əfv Təşkilatı və BMT-nin dil və milli məsələlər üzrə xüsusi nümayəndəsinə təqdim olunub.

Güneydən olan 4 fəal 2014-cü ildə Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldığı üçün İran İnqilab məhkəməsi tərəfindən ümumi olaraq 45 il həbs və 8 il sürgün cəzasına məhkum edilib.

Fəallardan Əlirza Fərşi məhkəmənin qərarı ilə 15 il həbs və 2 il sürgün, Əkbər Azad 10 il həbs və 2 il sürgün, Behnam Şeyxi 10 il həbs və 2 il sürgün, Həmid Manafi Nadarlı isə 10 il həbs və 2 il sürgün edilmə cəzası ilə üzləşib.

“Ərk” Cəmiyyətinin rəhbəri Jalə Təbrizi hesabatın YUNESKO-ya da təqdim olunduğunu bildirib.

Güney azərbaycanlı vəkil və milli-mədəni fəal Məhəmməd Güneylinin məhkəmə işi barədə də BMT, Beynəlxalq Əfv Təşkilatı və digər beynəlxalq təşkilatlara hesabat təqdim edilib.

Hesabatda İran məhkəmələri tərəfindən güney azərbaycanlı fəallar barədə verilən hökmün və irəli sürülən ittihamların əsassız olduğu diqqətə çatdırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər