7 Yanvar 2020 14:16
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani iranlı general Qasım Süleymaninin öldürülməsinə görə 13 qisas ssenarisi hazırladıqlarını bəyan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Ə.Şamxaninin sözlərinə görə, həmin ssenarilərdən ən kiçiyi Amerika üçün gecə kabusuna çevriləcək.

Yanvarın 3-də gecə ABŞ-ın İraqın paytaxtı Bağdad hava limanı yaxınlığında keçirdiyi xüsusi əməliyyat nəticəsində iranlı general Qasım Süleymani və İraq şiə könüllülərinin başçısının müavini Əbu Mehdi əl-Mühəndis həlak olub. İranın ali rəhbəri Əli Xamaneyi Süleymaninin ölümünə görə ABŞ-dan qisas alacaqlarına söz verib.


Müəllif: Səxavət

Oxşar xəbərlər