“Ənsar Allah” hərəkatından olan üsyançılar Yəmən ordusunun hərbi bazasına ballistik raket atıblar. Nəticədə 10 hərbi qulluqçu həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” hərbi mənbələrə istinadən məlumat yayıb.
“Ballistik raket Dalei əyalətinin şimalında (Yəmənin mərkəzi) yerləşən Mreys rayonundakı dördüncü briqadanın təlim bazasına endirilib. Nəticədə 10 hərbi qulluqçu həlak olub, yaralananlar var”, – deyə agentliyin həmsöhbəti bildirib.
Yəməndə hökumətlə “Ənsar Allah” üsyançı-husi şiə hərəkatı arasında hərbi-siyasi konflikt 2014-cü ildən davam edir.