8 Yanvar 2020 08:49
2 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərazisini İrana qarşı hücumlar üçün platforma kimi təqdim edən hər bir dövlət cavab atəşi üçün hədəf olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusundan bildiriblər.

İİKK-nin məlumatında deyilir: "Ərazisini İrana hücum və ya təcavüz üçün platforma kimi təqdim edən hər bir dövlət İran silahlı qüvvələrinin hədəfinə çevriləcək".

Xatırladaq ki, ABŞ-ın İraqın Ərbil şəhəri yaxınlığındakı bazasına və ölkənin qərbinədki Ayn əl-Əsəd hərbi-hava bazasına raket zərbələri endirilib. Raket zərbələrinə görə məsuliyyəti İranın İslam İnqilabı Keşikçiləri Korpusu öz üzərinə götürüb.

Bildirilir ki, raket zərbələri iranlı general Qasim Süleymaninin öldürülməsinə cavab olaraq həyata keçirilib.

Bir müddət sonra İran qüvvələri ABŞ-ın İraqdakı mövqelərinə yeni zərbələr endiriblər. Zərbələr raketlərlə həyata keçirilib. Yeni raket hücumunun dəqiq hədəfi barədə məlumat verilmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər