8 Yanvar 2020 12:47
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski İranın paytaxtı Tehran yaxınlığında ölkəsinə məxus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar təcili şəkildə Omandan Kiyevə qayıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə RİA-Novosti Ukrayna Prezidentinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Qeyd edək ki, bu gün sübh çağı Tehran hava limanından havaya qalxan Ukraynaya məxsus sərnişin təyyarəsi az sonra qəzaya uğrayıb. Təyyarədə olan 167 sərnişinin hamısı həlak olub.


Müəllif: Səxavət

Oxşar xəbərlər