İranın ali dini lideri Ayətullah Əli Xameneyi ilk dəfə Tehran-Vaşinqton gərginliyinə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Xameneyi böyük dəyişikliklərin olacağı anonsunu verib.
Canlı yayında çıxış edən dini lider bölgədəki tarixin dəyişdiyini söyləyib: “Gördüyümüz kimi böyük bir hadisə yaşandı, əslində bunu inqilab kimi qiymətləndirmək olar. Bu hadisə dünyanın gedişatına təsir göstərdi. İrandakı insanların bəzi avadanlıqları var, ancaq hərbi gücləri yoxdur. Bundan istifadə edə bilərlər. Eyni zamanda onlar inanca sadiqdirlər. Hadisələr daha da irəli gedə bilər. Vacib olan şey inancla yaşamağa davam etməkdir. Ümid edirik ki, hərbi gücə əl atılmaz. Gözümüzün qarşısında baş verən bu hadisədən dərs aldığımızı deyə bilərik”.
O, Süleymaninin ölümü haqda da danışıb:
“Yaşadığı müddətdə Yaxın Şərqdə ən təsirli isimlərdən olan Qasım Süleymani bəzi kəsim tərəfindən “qəhrəman”, bəziləri tərəfindən isə “cəllad” kimi xarakterizə olunurdu. Bizim dostumuz olan bu cəsur və səxavətli insan hazırda cənnətdədir. Onun şəxsi keyfiyyətlərini hamımız bilirik. Şəhid Süleymani müdrik və cəsur bir insan idi. Heç bir təhlükə qarşısında gözünü qırpmadan irəli addımlayardı”.