8 Yanvar 2020 14:20
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Raketlər İrandan atılıb. Prezidentin buna cavab verməsi üçün səlahiyyəti var. Bu, son 40 ildir yaxın Şərqdə bir xərçəng olan rejim tərəfindən həyata keçirilən müharibə həmləsidir. İsraili yox etmək istədiklərini dedikdə heç də zarafat etmirlər.

Teleqraf.com xəbər verir ki, bu sözləri İranın İraqdakı ABŞ hərbi bazasına raket zərbəsi endirməsindən sonra Prezident Donald Trampla telefonla danışan Respublikaçı senator Lindsey Qraham deyib.

Senator telefon danışığı zamanı Tehran hakimiyyət ilə bağlı İran televiziyasına baxdıqda rejimin iqtisadi varlığını davam etdirməsi mənasında “taleyiniz öz əllərinizdə” ifadəsini işlədib.

Lindsey Qraham ABŞ-ın sabiq prezidenti Barak Obamanın iranlılar tərəfindən aldadıldığını, amma Trampın aldanmasının mümkün olmayacağını da əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər