8 Yanvar 2020 16:11
1 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qaslım Süleymaninin ölümü İran üçün böyük itkidir. Ancaq Donald Tramp generalı məhv etməklə, Yaxın Şərqdə sülhün bərqərar olması üçün son imkanları da sıradan çıxardı”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Vladimir Sajin deyib.

Ekspert artıq İranın ABŞ-la imzalanmış nüvə sazişindən çıxdığını və nüvə silahları yaratmaq üçün işlərin bərpa olunduğunu elan etdiyini bildirib.

Onun sözlərinə görə, fevral ayında İranda parlament seçkiləri keçiriləcək ki, bu prosesdə radikallar mötədillər üzərində şübhəsiz bir qələbə qazanacaqlar:

“Eyni zamanda, 2021-ci ildə keçiriləcək prezident seçkiləri haqda da eyni proqnozu verə bilərik. Əvvəllər ölkənin siyasəti sadəcə radikal idisə, indi kökündən radikal olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər