8 Yanvar 2020 21:16
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konqo Demokratik Respublikasında qızılca epidemiyası 6 min nəfərdən çox insanın ölümünə səbəb olub.

Teleqraf.com-un məlumatına görə, epidemiya ölkənin 26 əyalətində qeydə alınıb.

Təkcə son bir ay ərzində ölənlərin sayı min nəfəri keçib.

Qeyd olunur ki, ölkə ərazisində bir il ərzində 310 min yoluxma halı qeydə alınıb. Qızılcaya yoluxanların təxminən 25 faizi 5 yaşından aşağı uşaqlardır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər