İranlı general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-ın bölgədə hərbçi yerləşdirməsi prosesi sürətlənib.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın ən böyük sui-qəsd komandası kimi tanınan "75-ci Ranger alayı"nı İraqa göndərildiyi barədə məlumat yayılıb.
Usamə bin Ladeni öldürən iki birlikdən biri olan alayla bağlı ABŞ-ın həmləsi savaşa hazırlıq kimi qiymətləndirilir.
Alay 3 min 632 nəfərlik xüsusi əməliyyat birliyi kimi tanınır. Rangerlərin bölgəyə göndərilməsi ilə ABŞ-ın yüksək əhəmiyyətli hədəflər (High Value Targets) strategiyasını izləyəcəyini göstərir.
Qeyd edək ki, Amerika ordusunun 1984-cü ildən bu günədək aktiv olan "75-ci Ranger alayı" vaxtilə bir çox sui-qəsd və ələ keçirmə əməliyyatlarını uğurla gerçəkləşdirib.
2001-2002-ci illərdə Əfqanıstanda 1700-dən çox Taliban hərbçisini öldürən alay Bin Ladenlə yanaşı 2008-ci ildə "Əl-Qaidə"nin ikinci şəxsi sayılan Əbu Xələfi də öldürüb.