9 Yanvar 2020 08:00
1 374
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Baş Qərargahının sözçüsü general-mayor Əbülfəzl Şikarçi İraqdakı ABŞ hərbi bazasına olan hücumla intiqamın başa çatmadığını bəyan edib.

Teleqraf.com xəbər verir ki, Şikarçi rəsmi Vaşinqtonun hərbi mərkəzlərini bölgədən geri çəkənə qədər meydanda qalacaqlarını söyləyib.

"Əsl intiqam elə səviyyədə olacaq ki, amerikalılar hər şeyini yığıb getmək məcburiyyətində qalacaqlar. ABŞ-ın güclü müdafiə sistemi yoxdur, raketlərin ən böyük və təchizatı yüksək olan bazanı vurmasına mane ola bilmədi.

Bu situasiya bölgədə ABŞ-la birgə hərəkət edən ölkələr üçün də dərs oldu", - deyə Əbülfəzl Şikarçi deyib.

General-mayor ABŞ-ın İranla koordinasiyalı hərəkət etdiyi və bazaların bu səbəbdən boşaldıldığına dair iddialara isə belə cavab verib: "Bu, gülünc yalandır. Prinsipcə, düşmənə zərbə vurmaq ruhuna ziddir. ABŞ-ı qatil düşmən kimi görürük".


Müəllif: Nərgiz

Oxşar xəbərlər