9 Yanvar 2020 08:17
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveç Kralı V Harald dekabrın 8-də xəstəxanaya yerləşdirilib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Norveç Kral ailəsinin mətbuat xidməti xəbər yayıb.

Məlumatda deyilir: "Əlahəzrət Kral V Harald, dekabrın 8-də baş gicəllənmə səbəbiylə xəstəxanaya yerləşdirilib. Heç bir ciddi xəstəlik tapılmayıb".

Səhhətində problemlər səbəbi ilə 87 yaşlı Kral iki həftə xəstəlik məzuniyyətinə çıxacaq. Bu müddətdə onun vəzifələrini oğlu, Vəliəhd Şahzadə Hokon icra edəcək.

Norveç Teleqraf Bürosunun məlumatına görə, səhhəti ilə əlaqədər Kral V Harald bir sıra rəsmi tədbirlərdə iştirak etməyəcək.

Qeyd edilir ki, Norveç Kralı Miladdan bir müddət əvvəl virus infeksiyası səbəbiylə səhhətində problemlər yaşamışdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər