23 Sentyabr 2014 10:59
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 69-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorkda olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici Əlaqələr Şurasında (CFR) çıxış edib.

Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, CFR Rəhbəri Riçard Haass Ərdoğanı Türkiyə tarixində Atatürkdən sonrakı ən mühüm siyasətçi kimi təqdim etməsi diqqət çəkib. Çıxışına Türkiyənin tarixinə dair qısa qeydlər verərək başlayan Ərdoğan açıqlamalarından sonra sualları da cavablandırıb.

Türkiyənın terrora qarşı olan bütün səyləri dəstəklədiyini deyən Ərdoğan, xüsusilə ABŞ-dakı bəzi mətbuat orqanlarının Türkiyəni hədəf almalarından narahatlığını ifadə edib: “Heç bir terror təşkilatına dəstək verməyimiz əsla mümkün deyil. O qədər yaramaz, heç bir əsası olmayan böhtanlar atılır ki, “İraq-Şam İslam DÖvləti” (İŞİD) terror təşkilatı ilə neft ticarəti apardığımız iddiası irəli sürülür. Tamamilə əsassızdır, böhtandır, yalandır”.


Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər