İran ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbələrini qəsdən elə yönləndirib ki, Birləşmiş Ştatların itkiləri minimum olsun.
Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti ABŞ administrasiyasındakı məmura istinadla məlumat yayıb.
Məmurun sözlərinə görə, bu, iranlılara “simalarını qorumağa” imkan yaradıb və genişmiqyaslı hərbi əməliyyatların qarşısını alıb.
Yanvarın 8-də İran ABŞ-ın İraqdakı iki bazasına raket zərbələri endirib. Əməliyyat Vaşinqtonun SEPAH-ın “Qüds” briqadasının komandanı Qasım Süleymaninin öldürülməsi əməliyyatına cavab idi.