23 Sentyabr 2014 11:06
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusu “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının Suriyadakı mövqelərinə hava hücumlarına başlayıb.

Teleqraf.com-un milliyet.com-a istinadən evrdiyi xəbərə görə, bu barədə səhifəsində Pentaqonun mətbuat katibi kontr-admiral Con Kirbi deyib. O bildirib ki, təkcə Rakkadakı hücumda İŞİD-in 20 döyüşçüsü məhv edilib.

Kibri bu hava hücumlarında ABŞ-la yanaşı Qətər, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərin də təyyarələrinin iştirak etdiyini qeyd edib.

O əlavə edib ki, hava zərbələri hərbi təyyarələr və Tomahawk raketləri vasitəsi ilə həyata keçirilib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif: