9 Yanvar 2020 14:40
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani ABŞ Prezidenti Donald Trampın dünən keçirdiyi mətbuat konframsında səsləndirdiyi fikirləri cavabsız qoymayıb.

Teleqraf.com xəbər verir ki, Ruhani yeni açıqlaması ilə ABŞ-ı təhdid edib.

“Əgər ABŞ səhv edərsə, bunun cavabsız qalmayacağını bilməlidir. Ağılları varsa, bundan sonra başqa bir hərəkətə yol verməzlər”, - deyə İran prezidenti bildirib.

Onun sözlərinə görə, İraqdakı ABŞ bazalarının vurulması Tehranın Vaşinqton qarşısından geri çəkilmədiyini göstərir.

Qeyd edək ki, ABŞ prezidenti İrana qarşı yeni sərt iqtisadi sanksiyalar tətbiq ediləcəyini bəyan edib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər