“Yaxın gələcəkdə ABŞ-dan daha sərt qisas alacağıq”.
Teleqraf.com xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Təhlükəsizlik İdarəsinin rəisi Abdullah İraqi deyib.
“İnqilab Keşikçiləri Ordusu lider Əli Xameneyinin ən güclü əzələlərindən biridir, yaxın gələcəkdə düşməndən (ABŞ) daha sərt qisas alacaq”, - İraqi bildirib.
Xameneyinin müşaviri Yəhya Rahim Səfəvi isə general Qasım Süleymaninin qətlinə görə İsrail və ABŞ kəşfiyyatını ittiham edib.
“Beynəlxalq terror şəbəkələri – CIA və MOSSAD bir yanlışa imza ataraq bu cinayəti həyata keçirdi”.